Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Sertifikatlar

Bakı Limanı olaraq hesab edirik ki, yüksək standartların tətbiqi əməliyyatların dayanıqlılığına, liman xidmətlərinin təkmilləşdirilməsinə və maliyyə öhdəliyinin səmərəli şəkildə icrasına gətirib çıxarır. İSO Sertifikatları limana təqdim olunan xidmətlərin hər zaman müştərilərin tələblərinə uyğun olmasını, əməliyyatların keyfiyyətinin davamlı şəkildə təkmilləşdirilməsini və risklərin müəyyənləşdirilməsi və aradan qaldırılmasını təmin etməyə kömək edir. 2019-cu ildə Bakı Limanı ISO9001 Keyfiyyətin İdarə edilməsi Sistemi Standartı və ISO14001 Ətraf mühitin İdarə edilməsi Sertifikatını almağa müvəffəq olmuşdur.
Biz, həmçinin, 2019-cu ildə Xəzər dənizi limanları arasında ilk dəfə Avropa Dəniz Limanları Təşkilatının (ESPO) əsas ekoloji təşəbbüsü olan EcoPorts-un verdiyi Liman Ekoloji Ekspertiza Sistemi (PERS) sertifikatını aldıq. Bununla da Bakı Limanı Avropada qeyd olunan sertifikatı almış 34 limandan biri oldu.
22 sentyabr 2017-ci il tarixində Bakı Limanı OHSAS 18001:2007 sertifikatına layiq görülmüşdür. Bu bir daha təsdiqləyir ki, Bakı Limanı təhlükəsiz və sağlam iş mühitini dəstəkləyir və peşə sağlamlığı və təhlükəsizliyi ilə bağlı mənfi məqamlara nəzarət edərək qəzaların baş vermə riskini minimuma endirməyə çalışır. Bu, həmçinin Bakı Limanının iqtisadi inkişafla yanaşı peşə sağlamlığı və təhlükəsizliyinin də təmin edilməsinə can atan məsuliyyətli qurum olduğunu göstərir.