Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Missiya, baxış, dəyərlər və şüarlar

Missiya

Yüksək səviyyəli xidmətlər göstərməklə müştərilər və maraqlı tərəflər üçün iqtisadi və sosial dəyər yaratmaq və davamlı əməliyyat mükəmməlliyi üzrə nümunə olmaq.

Baxış

2030-cu ildə Bakı Limanı Xəzər regionunda Azərbaycana giriş qapısı kimi xidmət edən, dünya səviyyəli xidmətlər göstərən və ƏSİ (Ətraf-mühit, Sosial, İdarəetmə)-ni öz əməliyyatlarının mərkəzinə çevirən ən böyük intermodal mərkəz olacaqdır.

Dəyərlər və şüarlar

- İnnovativlik - Yeniliklərə açıq olaraq gələcəyimizi cəsarət və kreativliklə qururuq;

 

- “İşimizdə mükkəməllik - İşlərimizdə peşəkarlığı rəhbər tutaraq müştərilərimizə yüksək səviyyəli xidmətlər göstərir, onlar üçün dəyər yaradırıq;”

 

- Bütövlük - Yüksək əxlaqi və peşə keyfiyyətlərinə sahib olmaqla uğura gedən yolda birlikdə irəliləyirik;

 

- Təhlükəsizlik - Bütün işlərimizi məsuliyyətlə görərək təhlükəsizliyə xüsusi əhəmiyyət veririk;

 

- Korporativ vətəndaşlıq - Ələt qəsəbəsinin və ümumilikdə ölkəmizin inkişafında rolumuzu dərk edərək cəmiyyətimizin rifahına töhfə veririk.