Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Strateji inkişaf planı

Bakı Limanının inkişafı 2 mərhələ üzrədir:

 

I mərhələ

 

2019-cu ildə birinci mərhələnin inkişafı başa çatdırılıb və sonra Bakı Limanında ümumi yükaşırma imkanı artaraq 15 milyon ton ümumi yük və 100 000 TEU-ya qədər konteyner olub.

 

Körpünün növü Körpülərin sayı Ümumi yükaşırma imkanı
Bərə terminalı 2 6.2 milyon ton
Ro-Ro körpüsü 2 1.8 milyon ton
Ümumi yük körpüsü 7 7 milyon ton
Xidmət körpüsü 1  

 

Ələtdə liman kompleksinin tikintisinin birinci fazası bərə terminalı, ümumi yük körpüsü, Ro-Ro körpüsü, xidmət körpüsü, dəmiryolu xətləri, inzibati bina, gömrük məntəqəsi, açıq saxlama sahəsi, anbarlar, konteyner meydançası, körpülərə dəmir və avtomobil yol yanaşmaları, Ro-Ro rampaları, ağır yüklərin yerləşmə sahəsi və yük maşınlarının dayanacaq sahəsinin tikintisini əhatə edir.

 

II mərhələ

 

Liman kompleksinin tikintisinin ikinci mərhələsinin başa çatdırılması ilə Bakı Limanının ümumi yükaşırma imkanı artaraq 25 milyon ton ümumi yük və 500,000 TEU-ya qədər konteyner olacaq.

 

Körpünün növü Körpülərin sayı Ümumi yükaşırma imkanı
Bərə terminalı 2 6.2 milyon ton
Konteyner körpusu 2 10 miliyon ton
Ro-Ro körpüsü 2 1.8 milyon ton
Ümumi yük körpüsü 7 7 milyon ton
Xidmət körpüsü 1