Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Roboport

Bakı Limanında Ələt məktəbliləri üçün robotik, kodlama və STEAM kursu fəaliyyətə başlayıb

“Roboport” adlı bu kurs şagirdlərə 21-ci əsr bacarıqlarını inkişaf etdirmək və gələcəyin texnologiya istehsalçıları yetişdirmək üçün fürsət verir. Bu layihə, uşaqlara erkən yaşlardan başlayaraq kodlaşdırma və texnologiya ilə əlaqəli əsas bilikləri öyrətməyə və inkişaf etdirməyə hədəflənib. “Gələcəyin mühəndisləri burada yetişir” sloqanı ilə fəaliyyət göstərən kurs müasir texnoloji avadanlıqlara təchiz edilib, iştirakçılar yerli və xarici peşəkar mütəxəssislər tərəfindən praktiki formada tədrisə cəlb ediləcək.