Ümumi məlumat
Bakı Limanı dünyanın 20-dən çox limanı ilə 20-dən çox Anlaşma Memorandumu imzalayıb. Tərəfdaşlarla imzalanmış aşağıda qeyd olunan sazişlərin əsas məqsədi tərəflər arasında ahəngdar münasibətlər, əməkdaşlıq və anlaşma yaratmaq və ya təşviq etmək, qarşılıqlı fayda prinsipinə əsaslanan müvafiq ticarət və işgüzar münasibətləri, xüsusilə də bütün növ yüklərin (quru yük, maye yük, ümumi yük, konteynerli yük) daşınması üçün tərəfdaş limanların potensial imkanlarından istifadə etmək baxımından əməkdaşlığı Ro-Ro nəqliyyatını və sərnişin daşımalarını inkişaf etdirməkdir.Bakı Limanı öz qlobal şəbəkəsinin və regional və beynəlxalq limanlarla sıx tərəfdaşlıq əlaqələrinin üstünlüklərindən faydalanır. Tərəfdaşlarla imzalanmış əməkdaşlıq sazişləri iqtisadi və kommersiya əlaqələrini möhkəmləndirmiş, beynəlxalq bazarın birgə tədqiqatları sahəsində əməkdaşlığı genişləndirmiş və nəqliyyat kanallarının sabitliyinə və effektivliyinə kömək etmişdir. Bakı Limanı uğurlu ikitərəfli münasibətlər qurmaqla yanaşı, bir sıra beynəlxalq təşkilatların da fəal üzvüdür. Bakıda böyük müvəffəqiyyətlə təşkil olunan IAPH 2018 Dünya Limanlar Konfransında beynəlxalq liman arenasında limanın əhəmiyyəti və onun tərəfdaşlıq və dayanıqlılığa sadiqliyinin qlobal iqtisadiyyatın gələcək inkişafına töhfə verəcəyi bir daha vurğulanmışdır.