Terminallar
| Ümumi yükaşırma qabiliyyəti | 15 milyon ton/il |
| Konteyner aşırma | 100,000 TEU/il |
| Bərə terminalı | 6,2 milyon ton/il |
| Ümumi təyinatlı yük | 7 milyon ton/il |
| Ro-Ro emal qabiliyyəti | 1.8 milyon ton/il |
| Sərnişin tutumu | 150,000/il |
| Gəminin planlaşdırılmış tutumu | 7 000 – 10,000 ton |
| Açıq anbar sahəsi | 35000 kv.m |
| Qapalı anbar sahəsi | 9400 kv.m |
| Gəminin planlaşdırılmış uzunluğu | 150-160 m |
BƏRƏ TERMİNALI
Yük aşırma qabiliyyəti: ildə 6,2 milyon ton
Bərə terminalı (qatar daşıyan gəmi) limana dəmir yolu vasitəsilə daxil olan vaqonların birbaşa olaraq bərələrə yüklənməsi və boşaldılması məqsədilə ixtisaslaşdırılmış infrastruktur obyektidir. Terminala bitişik körpülər vasitəsilə vaqonlar bir nəqliyyat vasitəsindən (lokomotivdən) digərinə (gəmiyə) ötürülür.
Yükün boşaldılması üçün əlavə avadanlığa ehtiyac duyulmadan həyata keçirilən bu proses, hər biri bilavasitə dəmir yolu xətləri ilə birləşdirilmiş qaldırıcı körpüyə malik iki bərə körpüsündə icra olunur.
Terminalda gəmilərə, vaqonlarla yanaşı, müxtəlif növ təkərli nəqliyyat vasitələri də yüklənib-boşaldıla, həmçinin sərnişinlərin minib-düşməsi təmin edilir. Bu imkanlar terminalın həm yük, həm də sərnişin daşımalarında çevik və səmərəli fəaliyyət göstərməsinə şərait yaradır.
RO-RO TERMİNALI
Yük aşırma qabiliyyəti: ildə 1,8 milyon ton
Ro-Ro terminalı təkərli nəqliyyat vasitələrinin (vaqonlar istisna olmaqla) öz hərəkəti ilə gəmilərə yüklənməsi və boşaldılması üzrə ixtisaslaşdırılmış infrastruktur obyektidir.
İki körpüdən ibarət olan terminalda nəqliyyat vasitələri ilə yanaşı, müxtəlif növ yüklərin gəmilərə yüklənməsi və boşaldılması, həmçinin sərnişinlərin gəmilərə minməsi və düşməsi prosesləri həyata keçirilir.
Terminalın texniki imkanları təkərli nəqliyyat vasitələrinin təhlükəsiz, sürətli və səmərəli şəkildə daşınmasını təmin edir, bu da Ro-Ro daşımalarının operativliyini və logistik çevikliyini artırır.
ÜMUMİ YÜKLƏR TERMİNALI
Yükaşırma qabiliyyəti
İldə 7 milyon ton
Terminalın infrastrukturuna biri möhkəm zəminə malik olmaqla ağır yükün yüklənib-boşaldılması üçün nəzərdə tutulan 7 ümumi yük körpüsü daxildir. Körpülərin 4-ü dəmir yolları və müxtəlif spesifikasiyalara malik 6 ədəd yeni portal kran və 2 ədəd modernizasiya olunmuş mobil kran ilə təchiz olunub. Burada müxtəlif nəqliyyat vasitələrindən (gəmi, vaqon, yük avtomobili) bir çox unifikasiya edilmiş konteynerdə daşınan yüklər (o cümlədən konteynerlərdə yerləşdirilənlər) və qalaq şəklində olan yüklər boşaldıla və yüklənilə bilər.