Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Sərnişinlər

Sərnişinlər 

 

Bərə daşınmaları bütün limanların inkişafı üçün vacibdir və son illərdə Bakı limanı vasitəsilə sərnişin axınının əhəmiyyətli dərəcədə artması müşahidə olunmuşdur

 

Obyektlər 

 

Bakı limanı yüksək səviyyədə təkmilləşdirilmiş sərnişin və yük daşımaları xidmətlərini həyata keçirən 2 bərə terminalına və 2 Ro-Ro körpüsünə malikdir

 

Biletlər 

 

Azərbaycan bayrağı altındakı gəmilərə biletləri hazırda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən əldə etmək mümkündür. Sərnişinlər biletləri qeyd olunan saytdan əldə edə bilərlər.

ASCO.az

 

Biltelərlə bağlı informasiya əldə etmək üçün aşağıdakı əlaqə məlumatlarından istifadə edə bilərsiniz:

 

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC 

Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1029, Heydər Əliyev prospekti 152 

Tel: (+99412) 404 37 00 

Faks: (+99412) 404 38 00 

E-poçt: contact@acsc.az 

 

Səyahət 

 

Bakı Limanından gəmi ilə səyahət rahat və əlverişlidir. Liman Bakıdan 70 km məsafədə yerləşir və ölkənin hər yerindən əsas dəmir yolu və avtomobil şəbəkələri ilə təchiz olunur. Yollar sürətli və yaxşı vəziyyətdədir və limanda öz avtomobili ilə gələnlər üçün dəqiq yol nişanları var. 

Bərə və Ro-Ro tipli gəmilərlə gələn sərnişinlər üçün rahat və müasir avtobuslar xidmət göstərir. Avtobuslar Bakı-Ələt marşrut xətti üzrə hərəkət edir.

 

Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına getmək üçün avtobus marşrutları: 

- Birinci məntəqə - Port Baku Parkı (Neftçilər prospekti) 

- İkinci məntəqə - Binə Ticarət Mərkəzinin qarşısında yerləşən 5 nömrəli köşk 

 

Yarana biləcək suallarla bağlı 24/7 rejimdə işləyən əlaqə nömrələri: 

 

+994 (55) 212 15 10  

+994 (55) 400 09 45 

 

Gəminin gəlişi barədə məlumat almaq üçün dispetçerlə əlaqə saxlayın (24/7): 

 

+994 (55) 205 40 33