Xəbərlər

20 YANVAR / 2022 / 15:27
Bakı Limanının əməkdaşları, şəhid limançıların ailələri ilə birgə 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı Bakı Limanının rəhbərliyi və əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini dərin ehtiramla yad edilib.
Eyni zamanda, Bakı Limanının rəhbərliyi şəhid olan Liman əməkdaşlarının ailə üzvləri ilə görüşərək, onlarla birgə, liman ərazisində şəhidlərimizin xatirəsinə inşa edilən abidə və park kompleksini ziyarət edib. Görüşdə Bakı Limanının Baş direktoru Taleh Ziyadov çıxış edərək 20 Yanvar faciəsinin tariximizin qəhrəmanlıq səhifəsi olduğunu və şəhidlərin xatirəsinin daim qəlbimizdə yaşayacağını qeyd edib. Daha sonra şəhidlərin ailə üzvlərinin çıxışları dinlənilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Digər xəbərlər
20 OKTYABR / 2023 / 13:49
Bu ilin 18-19 oktyabr tarixlərində Bakı Limanının əməliyyatlar üzrə baş inzibatçısı Yucin Seah Amsterdam Limanına və TMA Logistics Şirkətinin Amsterdam terminalına səfər edib.
05 IYUN / 2024 / 17:09
Bakı Limanı Bakı Expo Mərkəzində keçirilən 21-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi başa çatır