Xəbərlər
27 DEKABR / 2021 / 15:28
Bakı Limanında “Yaşıl Liman” kütləvi ağacəkmə aksiyasına start verilib
Bakı Limanının ərazisində növbəti “Yaşıl Liman” adlı kütləvi ağacəkmə aksiyası keçirilib. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirdiyi ağacəkmə kampansiyasında ərazinin torpaq-iqlim şəraitinə uyğun 5000 ağacın əkilməsi nəzərdə tutulub. Aksiyanın birinci günündə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Bakı Limanının Baş direktoru Taleh Ziyadov və hər iki qurumun 300-ə yaxın əməkdaşı iştirak edib. Qeyd edək ki, regionda ilk dəfə olaraq 2019-cu ildə Avropa Dəniz Limanları Təşkilatının (“European Sea Ports Organization” - ESPO) Liman Ətraf Mühitin Təhlili Sistemi (PERS) – “EcoPorts” sertifikatına layiq görülən Bakı Limanı ətraf mühitin mühafizəsi məsələlərinə hər zaman diqqətlə yanaşır. Bu dəfə reallaşdırılan layihənin əsas məqsədi liman ərazisində yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən yaşıllıqların qorunmasına töhfə verməkdir.
Digər xəbərlər
16 DEKABR / 2022 / 15:22
Bakı Limanı və Azərbaycan Badminton Federasiyasının (ABF) birgə təşkilatçılığı ilə Ələt qəsəbəsində məktəblilər arasında əyləncəli badminton tədbiri təşkil olunub
15 NOYABR / 2024 / 08:17
COP 29 çərçivəsində Bakı Limanı və Malaziyanın “Tiza Green Energy” şirkəti Azərbaycanın günəş enerjisi ilə BESS sisteminin inteqrasiya olunduğu ilk layihəyə start verib