Xəbərlər

22 DEKABR / 2021 / 15:29
Bakı Limanında məktəblilər üçün “Zəfər” adlı bilik yarışı keçirilib
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, Bakı Şəhəri üzrə Təhsil İdarəsilə birgə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən 105, 110, 127, 302, 303-saylı məktəblərdə təhsil alan şagirdlər üçün “Zəfər” adlı bilik yarışı təşkil edib. İntellektual oyunda hər birində 6 nəfərdən ibarət olmaqla, 5 komanda iştirak edib. Şagirdlər Vətən müharibəsi, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ümumi biliklər, eləcə də Bakı Limanının fəaliyyətinə dair sualları cavablandıraraq birincilik uğrunda mübarizə aparıblar. Sonda qalib komandalara və ümumilikdə bütün iştirakçılara dəyərli hədiyyələr, eləcə də sertifikat təqdim edilib.
Qeyd edək ki, yarışdan əvvəl iştirakçılar 1-ci və 2-ci Qarabağ döyüşlərində şəhidlik zirvəsinə ucalan limançıların xatirəsinə həsr olunmuş abidə və park kompleksini ziyarət edib və Bakı Limanının terminallarının iş prinsipi ilə yerində tanış olublar. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC korporativ sosial məsuliyyət proqramı çərçivəsində mütəmadi olaraq tədbirlər təşkil edir və Bakı Limanının yerləşdiyi Qaradağ rayonu Ələt qəsəbəsinin sakinlərini hər zaman diqqət mərkəzində saxlayır.
Digər xəbərlər
11 DEKABR / 2024 / 16:16
Bakı Limanı Dünya Bankının AZTAF proqramı tərəfindən təşkil olunan Azərbaycanda Qadınların İş və Karyera İnkişafının Təşviqində Liderlik Nailiyyətləri tədbirində təmsil olunub
20 YANVAR / 2025 / 11:45
20 Yanvar Ümumxalq Hüzn Günü ilə bağlı Bakı Limanının əməkdaşları, Şəhid limançıların ailələri ilə birgə Şəhidlərin xatirəsini yad edib