Xəbərlər

15 DEKABR / 2021 / 15:30
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasının 10-cu iclası keçirilib
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədovun sədrliyi ilə keçirilən 10-cu iclasda Müşahidə Şurasının üzvləri, Cəmiyyətinin Baş direktoru Taleh Ziyadov və Cəmiyyətin digər vəzifəli şəxsləri iştirak ediblər.
İclasda Cəmiyyətin 2021-ci il üzrə büdcəsinin icrası, 2022-ci il üçün büdcənin layihəsi, Gübrə terminalı layihəsi, Cəmiyyətin digər investisiya layihələri və s. müzakirə olunaraq, müvafiq qərarlar qəbul olunub. Bundan başqa iclasda Cəmiyyətin icra orqanı tərəfindən qaldırılan məsələlər barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki,“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli Sərəncamına əsasən yaradılıb.
Digər xəbərlər
23 NOYABR / 2023 / 15:03
Azərbaycan Texniki Universitetinin bir qrup tələbəsi Bakı Limanına səfər edib
19 DEKABR / 2024 / 15:51
2024-cü il noyabrın 11-22-də Bakı şəhərində keçirilmiş COP29-da fəal iştirak edən və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təltif olunmuş liman əməkdaşlarına təşəkkürnamələr təqdim edilib