Xəbərlər



09 MAY / 2023 / 14:36
Bakı Limanının əməkdaşları “Heydər zirvəsi”-nə yürüş ediblər
Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə Bakı Limanının bir qrup əməkdaşı Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş edib.
Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada şəkildə start götürən yürüş boyunca iştirakçılar, Qızıl Qaya massivinin ətəyində yerləşən düşərgədə gecələyib, relyef və iqlim şəraitinin sərt, mürəkkəb olmasına baxmayaraq zirvəyə uğurla qalxa biliblər.
Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tərəfindən Ulu Öndərin 100 illiyi münasibəti ilə keçirilən silsilə tədbirlər davam etdirilir.
Digər xəbərlər

12 DEKABR / 2024 / 15:22
12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Bakı Limanının Baş direktoru Taleh Ziyadov və bir qrup əməkdaşı Fəxri Xiyabana ziyarət ediblər

18 DEKABR / 2024 / 16:38
Bakı Limanında Ələt məktəbliləri üçün Robotik, Kodlama və STEAM Kursu olan “Roboport”-un yeni qrup dərslərinə başlanılıb