Xəbərlər

02 OKTYABR / 2021 / 12:29
Bakı Limanının təşkilatçılığı keçirilən daha bir təlim uğurla yekunlaşdı
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin, Antverp Beynəlxalq Limanının “APEC Beynəlxalq Təlim Mərkəzi” ilə birgə “Strateji planlama, biznesin inkişafı və marketinq” adlı master-klass təlimi yekunlaşıb. 4 günlük təlimin sonuncu günüdə iştirakçılar, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edərək burada terminalların iş prinsipi, yükaşırma üsulları və limanın texniki imkanları ilə yerində tanış olublar. Daha sonra təlimi başa vuran iştirakçılara “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktorun müavini Söhrab İsmayılov tərəfindən Antverp Beynəlxalq Limanı “APEC Beynəlxalq Təlim Mərkəzi”-nin də təsdiqlədiyi rəsmi sertifikat təqdim edilib.
Qeyd edək ki, sözügedən təlim çərçivəsində Avropanın ikinci ən böyük limanı olan Antverp Limanının Biznesin İnkişafı üzrə Baş müşaviri cənab Niko Says, ölkəmizin 16 dövlət və özəl şirkətlərinin korporativ idarəetmə, strateji planlama, biznesin inkişafı, təchizat zəncirinin idarə edilməsi, maliyyə cəlbi, marketinq, eləcə də kiçik və orta biznesin inkişafı üzrə məsul olan şəxslərinə interkativ formada təlim keçib. Belə təlimlərin növbəti aylarda da keçirilməsi nəzərdə tutulur. Hər bir təlimlə bağlı əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.
Digər xəbərlər
14 NOYABR / 2024 / 04:52
Bakı Limanının Baş Direktoru Taleh Ziyadov, 14 noyabr 2024-cü ildə COP29-un "Sektor Transformasiyası: Karbonsuz Həllərin Tətbiqinin Təşviqi" mövzusunda sessiyada panel iştirakçısı olaraq çıxış edib
19 YANVAR / 2024 / 10:53
Bakı Limanının əməkdaşları, Şəhid limançıların ailələri ilə birgə 20 Yanvar Ümumxalq Hüzn Günü ilə bağlı Şəhidlərin xatirəsini yad edib