Xəbərlər
22 APREL / 2021 / 17:11
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin əməkdaşları vaksinasiya olunur
Aprelin 22-dən etibarən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” ərazisində, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tibb heyyəti tərəfindən, koronavirus infeksiyasına qarşı kütləvi vaksinasiya işi aparılır. Beləki, 2 gün ərzində limanda fəaliyyət göstərən 18-40 yaş aralığındakı 400 nəfərə yaxın şəxsin, habelə liman ərazisində fəaliyyət göstərən şirkətlərin 200-ə yaxın əməkdaşının da peyvənd olunması nəzərdə tutulur. Qeyd edək ki, bu müddətə kimi limanda fəaliyyət göstərən 40 yaşından yuxarı 232 nəfər vaksinasiya olunub. Onlardan 86 nəfəri 40-49 yaş aralığında, 141 nəfəri 50-64 yaş aralığında,5 nəfəri isə 65 yaşından yuxarı olan şəxslərdir.
Qeyd edək ki, qurumun əməkdaşlarının vaksinasiyası könüllü formada həyata keçirilir.
Digər xəbərlər
08 NOYABR / 2022 / 22:50
8 Noyabr Zəfər Günü Bakı Limanında qeyd olunub
02 DEKABR / 2022 / 15:07
Bakı Limanı və Avropa İttifaqının (Aİ) birgə təşkilatçığı ilə icra ediləcək “Bakı Limanının Yaşıl Liman Konsepsiyasının həyata keçirilməsinə və əməliyyat imkanlarının gücləndirilməsinə dəstək” adlı layihənin açılış mərasimi keçirilib