Xəbərlər

10 MART / 2021 / 17:18
"Barys" konteyner gəmisi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Aktau-Bakı marşrutu ilə ilk səyahətini reallaşdırıb
Qazaxıstanın “Kazmortransflot” Milli Dəniz Gəmiçiliyi şirkətinə məxsus "Barys" konteyner gəmisi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Aktau-Bakı marşrutu ilə ilk səyahətini reallaşdırıb. Hazırda, bu gün səhər saatlarında Bakı Limanına çatan gəmindən konteynerlərin sürətli şəkildə aşırılması işi həyata keçirilir. Beləki, bu gəmi vasitəsi ilə ilk səfər çərçivəsində 125 konteyner daşınıb ki, onlardan 123-ü ölkəmizdən tranzit keçməklə dəmir yolları ilə Türkiyə və İtaliyaya daşınacaq, 2 konteyner isə idxal üçün nəzərdə tutulub. Bu konteynerlərin 85 ədədində tomat pastası, digər konteynerlərdə isə qarışıq məhsullar daşınır.
Digər xəbərlər

28 SENTYABR / 2023 / 15:34
Bakı Limanı resertifikasiyadan uğurla keçərək yenidən “Eco Ports” sertifikatına layiq görülüb

17 NOYABR / 2024 / 08:26
COP29 çərçivəsində "Elektrikləşdirilmiş Nəqliyyat - Təmiz Hərəkətlilik üçün Növbəti Nəsil Texnologiya və Enerji Həlləri " adlı panel müzakirə həyata keçirilmişdir