Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

10 FEVRAL / 2021 / 17:20

Bakı limanının Baş direktoru Taleh Ziyadov Kembric Universitetinin Mərkəzi Asiya Forumunda “Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri” mövzusunda onlayn görüşdə iştirak edib

Fevral ayının 10-da, Bakı Limanının Baş direktoru Taleh Ziyadov Kembric Universitetinin Mərkəzi Asiya Forumunda “Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri” mövzusunda 100 yaxın yerli və xarici ekspertlər, akademik dairələrin nümayəndələri ilə onlayn görüş keçirib.

 

Görüş zamanı Baş direktor ilk olaraq bildirib ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədən qalib kimi çıxan Azərbaycanın qələbəsindən sonra Cənubi Qafqaz regionunda yeni imkanlar yaranıb və bu da öz növbəsində nəqliyyat sahəsinin inkişafına töhfəsini verəcək. 

 

Daha sonra T. Ziyadov qeyd edib ki, hələ Sovetlər dönənimdə Culfa nəqliyyat qovşağından ildə 3 milyon tona qədər yük İran və Yaxın Şərq ərazilərində ixrac və idxal olunurdu. 11 noyabr tarixində Moskva şəhərində imzalanan atəşkəs bəyannaməsində də vacib bəndlərdən biri Türkiyə, Ermənistan və Azərbaycan arasında nəqliyyat dəhlizinin bərpa edilməsi idi. Bu da öz növbəsində regionda nəqliyyat dəhlizlərinin sayının artması ilə nəticələnəcək və müvafiq olaraq qlobal nəqliyyat və logistika şirkətlərinin Cənubi Qafqaz regionuna marağını artıracaqdır.

 

Təsadüi deyil ki, Bakı Limanı vasitəsi ilə Asiya-Avropa arasında yük daşımaları dayanmadan artmaqdadır. Qeyd olundu ki, Türkiyənin artıq sayca üçüncü ixrac qatarı 6 fevral tarixində Bakı Limanına çatıb. Tibbi və kimyəvi məhsullar daşıyan yük karvanı 6 saat ərzində Bakı Limanında gəmiyə yüklənərək Aktau limanına yola salınıb. Yükün son ünvanı isə Çindir. Elə həmin gün Çindən Türkiyəyə, İstanbula yük aparan və 36 konteynerdən ibarət sənaye avadanlıqları (kompressorları) daşıyan gəmi Bakı Limanında aşırılıb.

 

Daha bir diqqət çəkən məqam isə fevral ayının 9-da Rusiyaya Qatar  Bakı – Tbilisi – Qars dəmir yolu və “Şimal –  Cənub” Nəqliyyat Dəhlizi vasitəsilə 4 min ədəd Türkiyə istehsalı olan  məişət cihazları çatdırılıb.

 

Qeyd olunan yeniliklər, həmçinin Xəzər hövzəsi regionunun çox böyük potensial istehlakçı bazarı olduğunu sübut edir. Bakı şəhəri ətrafında, 1000 kilometr radiusda 130 milyon insan yaşayır və regional nəqliyyat və logistika xabı yaratmaq üçün dünya miqyasında ideal məkanlardan biridir. Baş direktor vurğuladı ki, Çin hökumətinin reallaşdırdığı “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində mühüm nəqliyyat qovşaqlarının tam mərkəzində yerləşən Bakı Limanı bu layihə üçün mühüm əhəmiyyət kəsb edir və Çindən gələn məhsulların regiona çıxışı üçün liman qovşaq rolunu oynaya bilər.

 

2020-ci ilin Bakı Limanı üçün çox uğurlu bir il olduğunu və məhz bu ildə limanın yük dövriyyəsinin 20% artdığını auditoriyanın diqqətinə çatdırıldı. Tranzit yüklərin payı ümumi yükaşırmanın 87%-ni təşkil edildiyi və beləliklə, son 5 ilin göstəriciləri ilə müqayisədə iri həcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında 5 dəfə, konteynerlərdə 3 dəfə, quru yük terminalında isə aşırılan yüklərin həcmində 3,5 dəfə artım olduğunu qeyd edildi.

 

Online auditoriyanın diqqətinə çatdırıldı ki, 2019-ci ildə Bakı Limanı həmçinin Xəzər dənizi limanları arasında ilk dəfə Avropa Dəniz Limanları Təşkilatının (“European Sea Ports Organization” - ESPO) “Yaşıl Liman” sertifikatına layiq görülüb və həm liman əməliyyatlarında, həm də ətraf mühitin qorunmasında “yaşıl fəlsəfə” diqqət mərkəzində saxlanılır.  

 

Həmçinin, Bakı Limanı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə birlikdə “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsini həyata keçirir. ATƏT-lə birlikdə Bakı, Aktau və Türkmənbaşı limanlarını birləşdirəcək layihə Xəzər regionunda ətraf mühitin qorunması və liman əməliyyatlarını sürətləndirilməsi baxımından növbəti mühüm addım olub. Layihə çərçivəsində 3 limanın avtomatlaşma və rəqəmsallaşma proseslərinin yol xəritəsinin hazırlanması, bərpa olunan enerjidən istifadəsi imkanlarının araşdırılması üçün müvafiq texniki-iqtisadi əsaslandırmanın hazırlanması nəzərdə tutulub. 

 

Görüşün sonunda Baş direktor Taleh Ziyadov vebinar iştirakçılarını suallarını cavablandırıb.

 

Vebinarı izləmək üçün klikləyin