Xəbərlər
06 FEVRAL / 2021 / 17:22
Bakı Limanında Türkiyədən və Çindən gələn ixrac yükləri aşırılıb
6 fevral tarixində Bakı Limanında Türkiyədən və Çindən gələn ixrac yükləri aşırılıb.
Qeyd etmək istərdik ki, Türkiyənin artıq sayca üçüncü ixrac qatarı 6 fevral tarixində Bakı Limanına çatıb. Tibbi və kimyəvi məhsullar daşıyan yük karvanı hər biri 40 futluq olmaqla 42 konteynerdən ibarətdir. Konteynerlər 6 saat ərzində Bakı Limanında “Beket – Ata” fider gəmisinə yüklənərək Aktau limanına yola salınıb. Konteynerlər oradan Çinin Sian şəhərinə çatdırılacaq. Bu qatarın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) şirkətləridir.
Qeyd edək ki, “Beket - Ata” gəmisi bu gün Bakı Limanına çatıb və Çindən hər biri 40 futluq olmaqla 36 konteynerdən ibarət sənaye avadanlıqları (kompressorları) gətirib. Məlumat vermək istərdik ki, Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk konteyner qatarı Bakı Limanına 2020-ci ilin 10 dekabr tarixində, ikinci konteyner qatarı isə 26 dekabr tarixində çatmışıdır. Əlavə olaraq qeyd edək ki, 2020-ci il ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Xəzərdənizi üzərindən fider gəmiləri vasitəsilə ümumilikdə 12,672 TEU konteyner daşınıb.
Digər xəbərlər