Xəbərlər



30 MAY / 2023 / 11:57
Moskva Dövlət Universitetinin MBA tələbələri Bakı Limanında qonaq olublar
MBA proqramının rəhbəri, professor Valentina Gerasimenkonun rəhbərlik etdiyi tələbələr qrupu Bakı Limanının fəaliyyəti ilə tanış olub. Nümayəndə heyətinə bank, logistika və konsaltinq kimi sektorları əhatə edən müxtəlif biznes qurumlarında çalışan tələbələr daxil olub.
Səfər zamanı tələbələr limanın texniki imkanları ilə tanış olmaqla yanaşı qabaqcıl liman texnologiyaları haqqında da məlumat əldə etmək imkanı qazanıblar. Liman və logistika sahəsi ilə əyani tanışlıq nəticəsində tələbələr bu sahənin prespektiv biznes imkanları ilə bağlı da məlumat əldə ediblər.
Digər xəbərlər
                                11 DEKABR / 2024 / 16:16
Bakı Limanı Dünya Bankının AZTAF proqramı tərəfindən təşkil olunan Azərbaycanda Qadınların İş və Karyera İnkişafının Təşviqində Liderlik Nailiyyətləri tədbirində təmsil olunub
                                16 IYUL / 2024 / 15:28
“Çin Dəmir Yolları” Dövlət Korporasiyasının rəsmiləri Bakı Limanına səfər edib