Xəbərlər





















30 DEKABR / 2022 / 22:02
Bakı Dəniz Vağzalında (Liman İncəsənət Mərkəzi) “Şuşa Yadigarları” adlı incəsənət sərginin açılışı oldu
“Şuşa ili” münasibətilə Bakı Limanın dəstəyi ilə Liman İncəsənət Mərkəzi və “Mincə Sənət” Qalereyası tərəfindən təşkil Bakı Dəniz Vağzalında “Şuşa Yadigarları” adlı incəsənət sərginin açılışı keçirilib.
Sərginin açılışında yerli dövlət və biznes təşkilatlarının nümayəndələri ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən səfirlər, beynəlxalq təşkilatların və səfirliklərin də nümayəndələri və media təmsilçiləri iştirak edirdilər. Sərginin açılışına həmçinin Azərbaycanın tanınmış sənət adamları və sənətsevərlərdə qatılmışdı.
Qeyd edək ki, sərgi 29 dekabr 2022-ci ildən 26 yanvar 2023-cü il tarixədək Bakı Dəniz Vağzalında (Liman İncəsənət Mərkəzində, Neftçilər prospekti 62 ünvanında) keçiriləcək. Sərgidə 55 ədəd rəsm və heykəltəraşlıq nümunələri nümayiş olunur, qədim və müasir dövrün əsərləri sənətsevərlərə Azərbaycanın mədəni mərkəzlərindən biri olan Şuşa şəhərinin ecazkar və qədim yaradıcılıq ruhunu hiss etdirir.
Digər xəbərlər
19 DEKABR / 2024 / 15:51
2024-cü il noyabrın 11-22-də Bakı şəhərində keçirilmiş COP29-da fəal iştirak edən və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təltif olunmuş liman əməkdaşlarına təşəkkürnamələr təqdim edilib
07 SENTYABR / 2023 / 17:44
Bakı Limanı daha bir beynəlxalq tədbirə ev sahibliyi edib