Xəbərlər
28 SENTYABR / 2023 / 15:34
Bakı Limanı resertifikasiyadan uğurla keçərək yenidən “Eco Ports” sertifikatına layiq görülüb
Regionda ilk dəfə olaraq hələ 2019-cu ildə “Eco Ports” sertifikatına layiq görülən Bakı Limanı resertifikyasa mərhələsindən növbəti dəfə uğurlu keçib. Avropa Dəniz Limanları Təşkilatının (European Sea Ports Organization - ESPO ) Liman Ətraf Mühitin Təhlili Sistemi (PERS) – “EcoPorts” sertifikatını ardıcıl olaraq üçüncü dəfə Bakı Limanına təqdim edib.
Qeyd edək ki, Liman Ətraf Mühitin Təhlili Sistemi (Port Environment Review System - PERS) - ətraf mühitin mühafizəsi ilə bağlı məlumatlılığı artıran və limanların dayanıqlı inkişaf məqsədlərinə çatmasına kömək edən Avropanın liman sektoruna aid ətraf mühitin idarə edilməsi standartıdır. Bu standart, xüsusilə enerji istifadəsi, tullantıların idarə edilməsi, havanın keyfiyyəti, rəqəmsallaşma və avtomatlaşdırma aspektlərində qabaqcıl texnologiyaların tətbiqini təşviq edir. Qeyd olunan standartların davamlı və geniş tətbiqi nəticəsində Bakı Limanı bu sertifikatı artıq 3-cü dəfə yeniliyə bilibdir.
Xüsusi ilə vurğulamaq lazımdır ki, Avropada hal-hazırda bu statusa cəmi 32 liman layiq görülüb ki, bunların içində Roterdam, Barselona və London limanları da var. Avropanın qabaqcıl limanları ilə yanaşı, Bakı Limanının da bu siyahıda yer alması həm regionumuz, həm də ölkəmiz üçün uğurudur. Bakı Limanı üçün ekologiyanın qorunması və inkişaf etdirilməsi əsas prioritetlərdəndir və bu istiqamətdə həm yerli, həm beynəlxalq təşkilatlar və ekspertlərlə mütəmadi olaraq iş aparılır.
Digər xəbərlər