Xəbərlər










20 SENTYABR / 2023 / 15:36
Çinin “Guangdong” Şirkətlər Qrupunun rəhbərliyi Bakı Limanına səfər edib
Bu gün Çinin “Guangdong” Şirkətlər Qrupunun rəhbəri cənab Fang Qichaonun başçılıq etdiyi nümayəndə heyəti Bakı Limanına səfər edib. Liman rəhbərliyi ilə keçirilən görüşdə “Bir kəmər-bir yol” təşəbbüsünə uyğun olaraq Orta Dəhliz çərçivəsində Bakı Limanının oynadığı mühüm rol və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Səfərin əsas məqsədi Bakı Limanın da iştirakı ilə həyata keçirilməsi mümkün olan potensial ticarət imkanlarını araşdırmaq olub.
Qeyd edək ki, 1951-ci ildə yaradılan “Guangdong” Şirkətlər Qrupu logistika və müxtəlif materialların istehsalı sahəsi üzrə ixtisaslaşıb, 200-dən çox törəmə müəssəsi və 10 000 dən çox işçi qüvvəsinə malikdir.
Digər xəbərlər

16 DEKABR / 2022 / 15:22
Bakı Limanı və Azərbaycan Badminton Federasiyasının (ABF) birgə təşkilatçılığı ilə Ələt qəsəbəsində məktəblilər arasında əyləncəli badminton tədbiri təşkil olunub

23 IYUL / 2024 / 17:55
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo Bakı Limanına səfər edib