Xəbərlər
11 OKTYABR / 2023 / 13:47
Bakı Limanı BMT-nin “Birləşən Biznes Avropa” konfransında təmsil olunub
Bakı Limanı Tbilisidə BMT-nin Qlobal Sazişi tərəfindən təşkil olunan "Birləşən Biznes Avropa" konfransında təmsil olunub. 9 oktyabrda baş tutan tədbirdə 30 Avropa ölkəsinin hökumət, biznes və davamlılıq sektorlarını təmsil edən 250-dən çox nümayəndəsi iştirak edib. Konfransda dayanıqlı gələcək üçün Davamlı İnkişaf Məqsədləri (DİM) və qlobal tendensiyaların irəliləyişində özəl sektorun rolu müzakirə edilib.
Qeyd edək ki, Bakı Limanı Azərbaycanda 2 avqust 2022-cü il tarixində BMT Qlobal Sazişinə qoşulan ilk dövlət təşkilatı olub. Limanın bu sazişə qoşulmaqla BMT sistemi tərəfindən təsdiq edilmiş 17 DİM-dən 11-nə nail töhvə verməyə dair öhdəlik götürüb.
Digər xəbərlər

04 IYUN / 2024 / 08:53
Bakı Limanı 4-6 iyun tarixlərində Bakı Expo Mərkəzində keçirilən 21-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində iştirak edir

14 NOYABR / 2024 / 04:52
Bakı Limanının Baş Direktoru Taleh Ziyadov, 14 noyabr 2024-cü ildə COP29-un "Sektor Transformasiyası: Karbonsuz Həllərin Tətbiqinin Təşviqi" mövzusunda sessiyada panel iştirakçısı olaraq çıxış edib