Xəbərlər

26 OKTYABR / 2023 / 13:51
ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”-nin (Caspian Policy Center) üzvləri Bakı Limanına səfər edib
Bu gün Xəzər regionu üzrə ixtisaslaşmış tanınmış beyin mərkəzi olan “Xəzər Siyasəti Mərkəzi”-nin nümayəndə heyəti Bakı Limanına səfər edib. Mərkəzin direktoru Efqan Niftinin rəhbərlik etdiyi nümayəndə heyətinə ABŞ-da Xəzər məsələləri üzrə baş elmi işçi Erik Rudenşiold, Böyük Britaniyanın Avropa və Mərkəzi Asiya üzrə Regional İqlim və Enerji elçisi David Moran daxil olub. Səfər zamanı nümayəndə heyəti Bakı Limanının Baş direktoru Taleh Ziyadov ilə görüşüb. Görüşdə Avropa və Asiya arasında mühüm rol oynayan “Orta Dəhliz”in artan rolu ilə bağlı müzakirələr aparıb, müasir logistika mərkəzi kimi Bakı Limanının regionda oynadığı mühüm roldan bəhs edilib.
Tərəflər həmçinin “Orta Dəhliz” boyu ilə yeni imkanları nəzərə alaraq regional təchizat zəncirlərinin və ticarət dinamikasının güclənməsi ilə Azərbaycandan keçəcək potensial marşrutları müzakirə ediblər. Bundan əlavə, nümayəndə heyəti limanın rəqəmsallaşma və davamlılıq təşəbbüsləri ilə tanış olub.
Digər xəbərlər

01 IYUN / 2023 / 19:07
Bu gün "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, "Bakı Gəmiqayırma Zavodu" MMC və Niderlandın "Damen Shipyards Gorinchem B.V." şirkəti arasında üçtərəfli əməkdaşlığa dair saziş imzalanıb

15 NOYABR / 2024 / 08:17
COP 29 çərçivəsində Bakı Limanı və Malaziyanın “Tiza Green Energy” şirkəti Azərbaycanın günəş enerjisi ilə BESS sisteminin inteqrasiya olunduğu ilk layihəyə start verib