Xəbərlər

20 OKTYABR / 2023 / 13:53
Bakı Limanı Niderlandda keçirilən "Orta Dəhliz - Avropa üçün Yeni Üfüqlər" mövzusundakı dəyirmi masada təmsil olunub
"Orta Dəhliz - Avropa üçün yeni üfüqlər" adlı dəyirmi masa diplomatları, hökumət rəsmilərini və Avropanın dəniz və nəqliyyat sektorlarının əsas müəssisələrini bir araya gətirib. Tədbir 20 oktyabr 2023-cü ildə Niderlandın Haaqa şəhərindəki Marriott otelində baş tutub. Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin Niderlanddakı səfirliklərinin təşkilatçılığı ilə keçirilən tədbir, Avropa və Asiya arasında ticarət, birgə fəaliyyət və iqtisadi artım üçün Orta Dəhlizin transformasiya potensialının öyrənilməsinə həsr olunub.
Tədbirdə, Bakı Limanının Baş direktoru Taleh Ziyadov təqdimatla çıxış edərək, Orta Dəhlizin strateji əhəmiyyətini və Bakı Limanının Asiya ilə Avropa arasında mühüm körpü rolunu xüsusi vurğulayıb.
Tədbirdə fəxri qonaqlar, o cümlədən Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstanın Niderlandakı səfirləri, həmçinin sözügedən ölkələrin müvafiq hökumət nümayəndələri ilə yanaşı Damen Shipyards Group və Van Oord da daxil olmaqla tanınmış yerli şirkətlərin nümayəndələri də iştirak ediblər.
Müzakirələr zamanı Şimalı Avropanın diplomatları və iş dairələrinin təmsilçilərinə regionumuzdakı pozitiv yeniliklər barədə məlumatlar çatdırılıb.
Digər xəbərlər

19 DEKABR / 2024 / 15:51
2024-cü il noyabrın 11-22-də Bakı şəhərində keçirilmiş COP29-da fəal iştirak edən və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təltif olunmuş liman əməkdaşlarına təşəkkürnamələr təqdim edilib

30 AVQUST / 2021 / 12:32
Bakı Limanı ölkəmizdə beynəlxalq təlim layihəsi təşkil edir