Xəbərlər
01 NOYABR / 2023 / 10:49
Latviyanın nümayəndə heyəti Bakı limanında olub
Bu gün Latviya Nəqliyyat Nazirinin müavini Uldis Reimanis rəhbərlik etdiyi Latviya nümayəndə heyəti Bakı limanında səfərdə olub. Nümayəndə heyətinə həmçinin AirBaltic milli aviaşirkətinin vitse-prezidenti Svetalana Abaskina və Latviya Stevedorinq Şirkəti Assosiasiyasının idarə heyətinin sədri Elina Strodaha da təmsil olunurdu.Səfər zamanı qonaqlar Orta Dəhlizin qlobal səviyyədə artan əhəmiyyəti, o cümlədən Asiya ilə Avropanı birləşdirən Bakı Limanının strateji mövqeyi ilə bağlı müzakirələr apardılar. Qeyd olundu ki, Bakı Limanı Avropa İttifaqı (Aİ) ölkələrində fəaliyyət göstərən 10-dan çox strateji liman və logistika şirkətləri ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumları imzalayıb. Bu sazişlər yükdaşımanın artırılması, bilik və bacarıqların mübadiləsi, dayanıqlı inkişaf və rəqəmsallaşma sahələrində əməkdaşlığın daha da genişləndirilməsinə dəstək verir.
Bundan əlavə, Latviyanın Riqa limanı, Ventspils limanı və Liepaja limanı kimi əhəmiyyətli limanlarının Bakı Limanı ilə əməkdaşlıq etməkdə maraqlı olduğu vurğulanıb. Qeyd olunmalıdır ki, Bakı Limanı vasitəsilə Aİ ölkələrinə daşınan yüklərin həcmi ötən illə müqayisədə 20 faizdən çox artaraq bu il 1 milyon tonu ötüb.
Digər xəbərlər
11 IYUN / 2024 / 11:12
10-11 iyun tarixlərində Bakı Limanı, ADA Universiteti və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşkilatçılığı ilə, COP29 ərəfəsində keçirilən Xəzərin Mavi Üfüqləri adlı seminarın 2-ci günü uğurla başa çatdı
20 SENTYABR / 2023 / 15:36
Çinin “Guangdong” Şirkətlər Qrupunun rəhbərliyi Bakı Limanına səfər edib