Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

01 NOYABR / 2023 / 10:59

Azərbaycan Mühəndislər Birliyinin üzv olan gənclər Bakı Limanına səfər edib

Bu gün Azərbaycan Mühəndislər Birliyinə üzv olan bir qrup tələbə Bakı Limanına tanışlıq səfərinə gəlib. Qonaqlara Bakı Limanının tarixi , keçidiyi inkişaf yolu, regionun ilk Yaşıl Limanında icra edilən layihələr və iş prosesi ilə bağlı məlumat verilib, onların sualları cavablandırılıb.Eyni zamanda gənclərə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə hazırlanan “Heydər Əliyev İrsi: Bakı Limanının inkişaf dövrü” adlı qısametrajlı sənədli film də nümayiş etdirilib.

 

Gənclərə məşğulluğun artırılması ilə bağlı limanın rolu, habelə limanda iş imkanları ilə bağlı məlumat verilib.

 

İştirakçılar Bakı Limanının terminallarınadakı iş prosesini də izləyib, yükaşırma üsulları ilə yaxından tanış olublar.