Xəbərlər




07 NOYABR / 2023 / 16:09
“Shandong Port Group”un rəhbərliyi Bakı Limanına səfər edib
Bu gün, dünyanın ən böyük liman operatorlarından biri olan Çinin Shandong vilayətində yerləşən “Shandong Port Group” və bu qrupa daxil olan bir sıra şirkətlərin rəhbəri Bakı Limanına səfər edib.
“Shandong Port Group”un Baş direktorunun müavini cənab Sun Zhengfun başçılıq etdiyi nümayəndə ilə liman rəhbərliyinin görüşü zamanı Orta Dəhlizdə Bakı Limanının oynadığı mühüm rol və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzularından olub. Qonaqlar Bakı Limanında infrastrukturu ilə yaxından tanış olub, onlarla yükaşırma qabiliyyətinin artırılması üçün əməliyyat və infrastruktur imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda qonaqlar Bakı Limanının genişləndirilməsi layihəsi ilə tanış olub, investisya imkanları barədə məlumat əldə ediblər.
Digər xəbərlər
10 FEVRAL / 2021 / 17:20
Bakı limanının Baş direktoru Taleh Ziyadov Kembric Universitetinin Mərkəzi Asiya Forumunda “Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri” mövzusunda onlayn görüşdə iştirak edib
01 NOYABR / 2023 / 10:59
Azərbaycan Mühəndislər Birliyinin üzv olan gənclər Bakı Limanına səfər edib