Xəbərlər

14 NOYABR / 2023 / 16:11
Bakı Limanı ilə Mərakəş Milli Limanlar Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Respublikası və Mərakeş Krallığı höküməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçirilib. Mərakeşin Rabat şəhərində keçirilən iclas çərçivəsində Bakı Limanı ilə Mərakəşin Milli Limanlar Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bakı Limanının Baş direktoru Taleh Ziyadov və Mərakəş Milli Limanlar Agentliyinin Baş meneceri Nadia Laraki tərəfindən imzalanan memorandumun əsas məqsədi iki ölkənin inkişafında limanların rolunu və strateji əhəmiyyətini nəzərə alaraq, əməkdaşlıq və tərəfdaşlığın qurulması və möhkəmləndirilməsidir.
Bu memorandum limanlar arasında əməkdaşlıq, liman əməliyyatlarının inkişafı, liman logistikası, terminalların idarə edilməsi, infrastruktur, qabaqcıl təcrübə mübadiləsi ,ətraf mühitin mühafizəsi kimi bir çox sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirməsinə töhvə verəcək.
Digər xəbərlər
12 DEKABR / 2024 / 15:22
12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Bakı Limanının Baş direktoru Taleh Ziyadov və bir qrup əməkdaşı Fəxri Xiyabana ziyarət ediblər
26 MAY / 2023 / 16:23
Almaniyanın Azərbaycandakı Ticarət Palatasının (AHK)nümayəndə heyəti ilə Bakı Limanında görüş keçirilib