Xəbərlər



22 DEKABR / 2023 / 10:50
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndə heyəti Bakı Limanına səfər edib
Bu gün Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) nümayəndə heyəti ilə Bakı Limanında görüş keçirilib. Əsas məqsədi regionun əsas logistik mərkəzlərindən biri olan Bakı Limanının infrastruktur imkanlarının öyrənilməsi olan səfər çərçivəsində qonaqlara, beynəlxalq logistikada limanın rolu və artan imkanları ilə bağlı məlumat verilib.
Eyni zamanda nümayəndə heyətinə infrastruktur layihələri, Yaşıl Liman statusu barədə məlumatlar verilib və sualları cavablandırılıb. Səfər iştirakçıları həmçinin limanın terminalları ilə də tanış olub.
Digər xəbərlər
19 APREL / 2021 / 17:14
2021-ci ilin ilk rübündə Bakı Limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətdə 17%-ə yaxın artıb
16 APREL / 2024 / 17:40
Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Səfir Terhi Hakalanın rəhbərlik etdiyi Avropa İttifaqının nümayəndə heyəti Bakı Limanına səfər edib