Xəbərlər



25 DEKABR / 2023 / 10:53
Çinin Milli İnkişaf və İslahat Komissiyasının nümayəndə heyəti ilə Bakı Limanında görüş keçirilib
Bu gün Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) Regional Əməkdaşlıq Departamentinin direktor müavini Lianq Linçonqun rəhbərliyi ilə Bakı Limanına səfər edib. Görüşün əsas məqsədi beynəlxalq ticarət şəbəkəsi çərçivəsində Orta Dəhliz boyunca yaranan biznes imkanlarının müzakirəsi olub. Qonaqlar qədim İpək Yolu ilə tarixi əlaqələrə əsaslanan Orta Dəhlizinin inkişafında və dayanıqlılığında Bakı Limanının aparıcı rolunu, limanın “Bir kəmər və bir yol” təşəbbüsünə mühüm töhfəsini qeyd edib.
Görüş zamanı, Bakı Limanının Asiya ilə Avropanı birləşdirən əsas tranzit qovşağı kimi əhəmiyyəti vuğulanıb, limanının Orta Dəhlizi dayanıqlı, rəqəmsal, yaşıl dəhlizə çevirmək üçün icra etdiyi layihələr əsas müzakirə mövzularından olub. Bundan başqa nümayəndə heyəti Azərbaycanın strateji coğrafi mövqeyini və limanın infrastruktur imkanlarını nəzərə alaraq, Çin şirkətləri ilə logistika və liman əməliyyatlarınının genişləndirilmisi sahəsində qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.
Digər xəbərlər
15 APREL / 2024 / 10:41
Bakı Limanına müxtəlif ölkələrdən olan bir qrup eko-jurnalist səfər edib
11 IYUN / 2024 / 11:12
10-11 iyun tarixlərində Bakı Limanı, ADA Universiteti və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşkilatçılığı ilə, COP29 ərəfəsində keçirilən Xəzərin Mavi Üfüqləri adlı seminarın 2-ci günü uğurla başa çatdı