Xəbərlər








19 YANVAR / 2024 / 10:53
Bakı Limanının əməkdaşları, Şəhid limançıların ailələri ilə birgə 20 Yanvar Ümumxalq Hüzn Günü ilə bağlı Şəhidlərin xatirəsini yad edib
Ümumxalq Hüzn Günü ilə bağlı Bakı Limanın əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər. Onlar, liman ərazisində Şəhidlərimizin xatirəsinə inşa edilən abidə və park kompleksinə də baş çəkiblər. Həmçinin, Bakı Limanının Baş direktoru Taleh Ziyadov qəhrəman limançıların ailələri ilə görüşüb. Görüşdə Şəhidlərimizin unudulmaz xatirələri yad edilib, ailələrinin fikirləri dinlənilib.
Bu faciə, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
Vətən uğrunda canından keçən hər bir Şəhidimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik!
Digər xəbərlər

14 NOYABR / 2024 / 04:52
Bakı Limanının Baş Direktoru Taleh Ziyadov, 14 noyabr 2024-cü ildə COP29-un "Sektor Transformasiyası: Karbonsuz Həllərin Tətbiqinin Təşviqi" mövzusunda sessiyada panel iştirakçısı olaraq çıxış edib

10 MAY / 2023 / 18:00
Bakı Limanının kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib