Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

29 YANVAR / 2024 / 10:05

Qinqdao Limanının nümayəndə heyəti ilə Bakı Limanında görüş keçirilib

Çinin ən böyük limanlarından olan Qinqdao Limanının nümayəndə heyəti bu gün Bakı Limanına səfər edib. Bakı Limanının rəhbərliyinin, Qinqdao Limanının Baş direktorunun müavini Xinq Donqliyanqunun rəhbərlik etdiyi heyətlə görüşü zamanı qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi, liman infrastrukturunun inkişafı sahəsində əməkdaşlıq və Azərbaycandan keçməklə daşınan yük həcminin artırılması sahələrində müzakirələr aparılıb. 

 

Qeyd edək ki, Şandonq Port Qrupuna daxil Qinqdao limanı Çinin ilk tam avtomatlaşmış konteyner terminalını inşa edibdir ki, burada bütün yükaşırma insan müdaxiləsi olmadan həyata keçirilir. Bakı Limanı və Qinqdao Limanı arasında 2023-cü ilin 17 aprelində Qardaşlaşmış Limanlar Anlaşma Memorandumu imzalanıb və iki tərəfli əməkdaşlığın rəmzi olan mayak abidəsi quraşdırlıb.