Xəbərlər
30 YANVAR / 2024 / 10:12
Bakı Limanı Brüsseldə keçirilən "Global Gateway Investors’ Forum”-da təmsil olunur
Bakı Limanının Əməliyyatlar departamentinin rəhbəri Eugene Seah 29-30 yanvar 2024-cü il tarixlərində Avropa və Mərkəzi Asiya arasında davamlı nəqliyyat bağlantıları üzrə "Global Gateway Investors’ Forum”-da iştirak edib. Forumda Avropa, Mərkəzi Asiya və onun hüdudlarından kənarda olan ölkələrin rəsmiləri, maliyyə institutlarının nümayəndələri, biznes və vətəndaş cəmiyyətinin üzvləri bir araya toplaşıb.
Forumunun sessiyasında çıxış edən Bakı Limanının rəsmisi Eugene Seah infrastruktur bağlantısı mövzusuna toxunaraq, Orta Dəhlizin səmərəliliyini və davamlılığını artırmaq üçün nəzərdə tutulmuş Bakı Limanının genişləndirilməsi strategiyasını haqqında məlumat verib.
Forum çərçivəsində iştirakçılar Avropa və beynəlxalq maliyyə institutlarının Orta Dəhliz vasitəsilə dayanıqlı nəqliyyat əlaqəsi üçün maliyyə, texniki dəstək və investisiyalar təmin etmək öhdəliyindən bəhs edən mühüm elanla çıxış ediblər. Bu öhdəlik Avropa və Asiya arasında qlobal əlaqəni gücləndirmək məqsədi daşıyır.
Forum çərçivəsində iştirakçılar, Avropa və beynəlxalq maliyyə institutlarının Orta Dəhliz vasitəsilə dayanıqlı nəqliyyat əlaqəsinin təmini, lazimi infrastrukturun qurulması və texniki dəstəyin göstərilməsi üçün maliyyə vəsaitinin ayırlacağına dair elanla çıxış ediblər. Bu öhdəlik Avropa və Asiya arasında qlobal logistik əlaqəninin gücləndirməsinə böyük töhfə verəcək.
Digər xəbərlər
25 IYUN / 2024 / 15:19
25 iyun Beynəlxalq Dənizçilər Günü münasibətilə Bakı Limanının bir qrup əməkdaşı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
11 IYUN / 2024 / 11:12
10-11 iyun tarixlərində Bakı Limanı, ADA Universiteti və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşkilatçılığı ilə, COP29 ərəfəsində keçirilən Xəzərin Mavi Üfüqləri adlı seminarın 2-ci günü uğurla başa çatdı