Xəbərlər








04 FEVRAL / 2024 / 09:27
Bakı Limanında Ələt məktəbliləri üçün robotik, kodlama və STEAM kursu fəaliyyətə başlayıb
“Roboport” adlı bu kurs şagirdlərə 21-ci əsr bacarıqlarını inkişaf etdirmək və gələcəyin texnologiya istehsalçıları yetişdirmək üçün fürsət verir. Bu layihə, uşaqlara erkən yaşlardan başlayaraq kodlaşdırma və texnologiya ilə əlaqəli əsas bilikləri öyrətməyə və inkişaf etdirməyə hədəflənib. “Gələcəyin mühəndisləri burada yetişir” sloqanı ilə fəaliyyət göstərən kurs müasir texnoloji avadanlıqlara təchiz edilib, iştirakçılar yerli və xarici peşəkar mütəxəssislər tərəfindən praktiki formada tədrisə cəlb ediləcək.
İlkin mərhələdə bu kursda yalnız Ələt qəsəbəsində yaşayan məktəblilər iştirak edir. Texnologiyaya olan marağı ilə fərqlənən şagirdlər xüsusi sorğu üsulu ilə seçilərək hər biri 12 nəfərdən ibarət olmaqla 3 qrup halında, 3-6 aylıq proqramda iştirak edəcək. Roboportu uğurla başa vuran şagirdlərə müvafiq diplom və sertifikatlar təqdim ediləcək.
Digər xəbərlər
23 NOYABR / 2023 / 15:03
Azərbaycan Texniki Universitetinin bir qrup tələbəsi Bakı Limanına səfər edib
14 NOYABR / 2024 / 04:52
Bakı Limanının Baş Direktoru Taleh Ziyadov, 14 noyabr 2024-cü ildə COP29-un "Sektor Transformasiyası: Karbonsuz Həllərin Tətbiqinin Təşviqi" mövzusunda sessiyada panel iştirakçısı olaraq çıxış edib