Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

07 MART / 2024 / 15:33

Bakı Limanı Dubayda keçirilən “Argus Neft Məhsulları 2024” konfransında iştirak edir

Bakı Limanının Əməliyyatlar departamentinin müdiri Eugene Seah-in rəhbərlik etdiyi  nümayəndə heyəti, 6-7 mart 2024-cü il tarixlərində Dubayda “Argus Neft Məhsulları 2024” Xəzər və Mərkəzi Asiya ixrac bazarları konfransında iştirak edib.Aparıcı şirkətlərin Orta Dəhliz boyunca potensial biznes imkanlarını müzakirə etmək üçün bir araya gəldiyi bu konfransın gümüş sponsorlarından biri də Bakı Limanıdır. 

 

Tədbir zamanı Eugene Seah “Orta Dəhliz boyunca təchizat zəncirinin canlılığı: Bakı Limanının perspektivi” adlı təqdimatla çıxış edib.Təqdimatda, Bakı Limanının yeni gübrə terminalı və digər davam edən layihələrlə dayanıqlı iqtisadiyyatın inkişafı üçün regional əlaqənin biznes tərəfdaşlıqlarının təşviqindəki xüsusi rolu vurğulanıb.

 

Qeyd edək ki, bu konfransa 30 ölkədən 300-dən çox özəl və dövlət qurumlarını təmsil edən rəhbər şəxs qatılıb.