Xəbərlər
28 FEVRAL / 2024 / 15:40
Bakı Limanına Almaniya şirkətlərinin nümayəndələri səfər edib
Bu gün Almaniyanın Şərqi Biznes Assosasiyasının təşkilatçılığı ilə "Knauf lnternational", "Falk Beratung", "VNG", "Edison Technologies", "Rhenus", "Gerber Architekten", "HHLA lnternational", "ATLAS International", "Kranich Design" ve "Marburger Tapatenfabrik” kimi şirkətlərin nümayənələri ilə Bakı Limanında görüş keçirilib.Almaniya Şərqi Biznes Assosiasiyasının təşkil etdiyi səfərə assosiasiyanın İcraçı direktoru Maykl Harmsın rəhbərlik edib.
Görüş zamanı, Bakı Limanının tarixi, infrastruktur layihələri, Orta Dəhlizin inkişafındakı rolu, habelə potensial investisiya və əməkdaşlıq imkanları müzakirə olunub və qonaqların sualları cavablandırılıb. Qonaqlar həmçinin limanın terminallarındakı iş prosesi ilə tanış olublar.