Xəbərlər
05 APREL / 2024 / 11:40
Bakı Limanında Ələt qəsəbəsində yaşayan və limanın Şəhid ailələri, qaziləri üçün iftar süfrəsi təşkil olunub
Müqəddəs Ramazan ayı münasibətilə Bakı Limanı tərəfindən Ələt qəsəbəsində yaşayan Şəhid ailələri və qazilər, eyni zamanda limanın Şəhid ailələri üçün iftar süfrəsi açılıb. Hər il ənənəvi olaraq Ələtdə, liman ərazisində təşkil edilən iftar məclisində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Bakı Limanın Baş direktoru Taleh Ziyadov, qarşıdan gələn Ramazan bayramı münasibətilə qonaqları salamlayaraq qeyd edib ki, Bakı Limanı Şəhid ailələrinin, onların uşaqlarının və qazilərimizin evidir, biz bir ailə kimi, hər zaman sizinləyik.
Ələt Bələdiyyəsinin sədri Azad Musayev və Ələt ağsaqqaları isə qəsəbədə Bakı Limanı ilə birgə mütəmadi olaraq sosial və mənəvi dəstəyə ehtiyacı olan əhali ilə ardıcıl layihələr həyata keçirildiyini və Limanın Ələt icmasını daim diqqətdə saxladığını qeyd edib.
İftar süfrəsinin sonunda bayram sovqatı və iftarda iştiak etmiş uşaqlara hədiyyələr verilib.
Allah tutulan orucları qəbul etsin!
Digər xəbərlər
07 SENTYABR / 2024 / 17:23
Bakı Limanı ailəsi olaraq komanda quruculuğuna daima önəm veririk və bu çərçivədə hər zaman tədbirlər təşkil olunur
23 DEKABR / 2022 / 22:18
Bakı Limanı Ələtdə yaşayan uşaqlar üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram şənliyi təşkil edib