Xəbərlər



16 MAY / 2024 / 15:59
Azərbaycan Texniki Universitetinin bir qrup tələbəsi Bakı Limanına səfər edib
Bu gün Azərbaycan Texniki Universitetinin “Beynəlxalq logistika və təchizat zəncirinin idarə olunması” ixtisası üzrə təhsil alan bir qrup tələbəsi Bakı limanına səfər edib. Səfər zamanı tələbələrə Bakı Limanının geostrateji yerləşmə mövqeyi, tarixi, imkanları barədə məlumat verib həmçinin, liman haqqında videoçarxlar göstərilib.
Tələbələr Bakı Limanının terminallarını da gəzərək yükaşırma əməliyyatlarını izləyib və onların sualları cavablandırılıb. Sonda isə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində limanda simvolik ağaclar əkilib və xatirə fotosu çəkilib.
Digər xəbərlər
01 IYUN / 2023 / 19:07
Bu gün "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, "Bakı Gəmiqayırma Zavodu" MMC və Niderlandın "Damen Shipyards Gorinchem B.V." şirkəti arasında üçtərəfli əməkdaşlığa dair saziş imzalanıb
20 NOYABR / 2024 / 11:53
COP29 çərçivəsində Bakı Limanı tərəfindən daha bir panel təşkil olunub