Xəbərlər



30 MAY / 2024 / 10:01
Bakı Limanının ərazində Daxili Auditorlar İnstitutu Azərbaycan Bölməsi ilə birgə ağacəkmə aksiyası keçirilib
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı Limanı və Daxili Auditorlar İnstitutunun Azərbaycan Bölməsinin (IIA Azerbaijan Chapter) üzvlərinin iştirakı və AccessBankın dəstəyi ilə ağacəkmə aksiyası keçirilib. Ələt qəsəbəsində, Bakı Limanının ərazisində baş tutan aksiyanın əsas məqsədi ətraf mühiti sağlamlaşdırmaq və ekoloji davamlılığa töhfə verməkdir. Aksiya çərçivəsində liman ərazində 170 ədəd zeytun və şam ağacı əkilib.
Qeyd edək ki, Bakı Limanının ətraf mühitin qorunması və inkişaf etdirilməsi strategiyasına əsasən liman ərazisində və Ələt qəsəbəsində artıq 50 mindən çox ağac əkilib.
Digər xəbərlər

19 NOYABR / 2021 / 12:25
Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş direktorluğunun bölmə rəhbəri David Kullenin başçılıq etdiyi nümayəndə heyəti Bakı Limanında olub

26 FEVRAL / 2024 / 11:51
Bakı Limanının bir qrup əməkdaşı, Xocalı Soyqırımının anım günü ilə əlaqədar olaraq Xocalı abidəsini ziyarət etdi