Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

29 MAY / 2024 / 10:11

İtaliyadan Çinə velosipedlə gedən səyyahlar Bakı Limanına çatıblar

İtaliyadan Çinə velosipedlə gedən səyyahlar Bakı Limanına çatıblar

 

“Marko Polonun iz ilə”- adlı veloyürüşü başladan İtaliyalı velosipedçilər Bakı Limanına çatıb. Marko Polonunun vəfatının 7-ci əsrinə həsr olunan veloaksiyanın iştirakçısı olan iki səyyah ötən gün Bakı Limanına çatıb və Bərə terminalından gəmiyə keçməklə Türkmənistana yola salınıblar.

 

Qeyd edək ki, 25 aprel 2024-cü ildə İtaliyanın Venesiya şəhərindən start götürən aksiyanın iştirakçıları 12 000 km yol qət etməklə son təyinat nöqtəsi olan Pekinə çatmalıdırlar. Sloveniya, Xorvatiya, Serbiya, Bolqarıstan, Türkiyə, Gürcüstan, Azərbaycandan keçən velo yürüş iştirkaçıları, Türkmənistan, Özbəkistan, Qazaxıstandan da keçməklə Çinə çatmağı planlaşdırır.