Xəbərlər


14 IYUN / 2024 / 17:01
Bakı Limanı üçün tikiləcək “Mühəndis Soltan Kazımov” adına dibdərinləşdirən gəminin Bakı Gəmiqayırma Zavodunda ilk polad lövhəsinin kəsilmə mərasimi baş tutub
Bu gün Bakı Limanı üçün tikiləcək “Mühəndis Soltan Kazımov” adına dibdərinləşdirən gəminin Gəmiqayırma Zavodunda ilk polad lövhəsinin kəsilmə mərasimi baş tutub.
Tədbirdə Bakı Limanının Baş direktoru Taleh Ziyadov və Bakı gəmiqayırma zavodunun İdarə Heyətinin sədri Elşad Nuriyev polad lövhənin kəsilməsini bildirən düyməni basıblar. Özünəməxsus funksionallığı ilə seçilən gəminin uzunluğunun 61 metr, eninin 10 metr, qazma dərinliyinin isə 18 metr olması nəzərdə tutulub.
Dibdərinləşdirən gəmi beynəlxalq yük daşımalar zamanı Bakı Limanına yan alacaq gəmilərin daha sərbəst və maneəsiz şəkildə əməliyyatları icra etməyə kömək edəcək və giriş çıxışı tam olaraq təmin edəcək.
Digər xəbərlər
16 NOYABR / 2024 / 08:20
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Xəzər dənizi hövzəsi: risklərin qiymətləndirilməsi və aradan qaldırılması” mövzusunda dəyirmi masa müzakirələrində iştirak edib
26 YANVAR / 2024 / 11:17
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiyasiyasının işçi qrupunun növbəti ümumi yığıncağı Türkiyədə keçirilib