Xəbərlər
14 IYUN / 2024 / 17:01
Bakı Limanı üçün tikiləcək “Mühəndis Soltan Kazımov” adına dibdərinləşdirən gəminin Bakı Gəmiqayırma Zavodunda ilk polad lövhəsinin kəsilmə mərasimi baş tutub
Bu gün Bakı Limanı üçün tikiləcək “Mühəndis Soltan Kazımov” adına dibdərinləşdirən gəminin Gəmiqayırma Zavodunda ilk polad lövhəsinin kəsilmə mərasimi baş tutub.
Tədbirdə Bakı Limanının Baş direktoru Taleh Ziyadov və Bakı gəmiqayırma zavodunun İdarə Heyətinin sədri Elşad Nuriyev polad lövhənin kəsilməsini bildirən düyməni basıblar. Özünəməxsus funksionallığı ilə seçilən gəminin uzunluğunun 61 metr, eninin 10 metr, qazma dərinliyinin isə 18 metr olması nəzərdə tutulub.
Dibdərinləşdirən gəmi beynəlxalq yük daşımalar zamanı Bakı Limanına yan alacaq gəmilərin daha sərbəst və maneəsiz şəkildə əməliyyatları icra etməyə kömək edəcək və giriş çıxışı tam olaraq təmin edəcək.
Digər xəbərlər
15 NOYABR / 2024 / 08:17
COP 29 çərçivəsində Bakı Limanı və Malaziyanın “Tiza Green Energy” şirkəti Azərbaycanın günəş enerjisi ilə BESS sisteminin inteqrasiya olunduğu ilk layihəyə start verib
25 IYUN / 2024 / 15:07
Braziliyanın Hakim Əmək Partiyasının xarici əlaqələr üzrə katibi Romeniyo Pereyra Bakı Limanına səfər edib