Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

02 IYUL / 2024 / 15:04

Bakı Limanı, Logistika Mərkəzləri və Yük Daşıyıcıları Alyansının I iclasında iştirak edib

Bakı Limanı, iyun ayının 28-də Özbəkistanda, Logistika Mərkəzləri və Yük Daşıyıcıları Alyansının I iclasında iştirak edib. İclasda, Türk Devletleri Teşkilatı - Organization of Turkic States (TDT) çərçivəsində regionda nəqliyyat əlaqələrinin gücləndirilməsinə xüsusi diqqət yetirilib.

 

Müzakirə olunan mövzulara nəqliyyat dəhlizlərinin inkişafı və iri logistik infrastruktur layihələrinin birgə həyata keçirilməsi, nəqliyyat marşrutlarının vahid şəbəkəsinin yaradılması, dünya birliyinin əsas bazarlarına çıxış, tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin artırılması və biznes üçün ən əlverişli tariflərin tətbiqi və.s kimi məsələlər də daxil olub.