Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

25 IYUN / 2024 / 15:19

25 iyun Beynəlxalq Dənizçilər Günü münasibətilə Bakı Limanının bir qrup əməkdaşı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bu gün 25 iyun Beynəlxalq Dənizçilər Günü münasibətilə Bakı Limanının bir qrup əməkdaşı Dövlət Dəniz və Liman Agentliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin kollektivi ilə birgə Fəxri Xiyabanda Ümummilli Lider, müasir və müstəqil Azərbaycanın memarı Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.

 

Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən dənizçilərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzülüb.

 

Dənizçilər günü münasibəti ilə Bakı Limanının ərazisində Limançı Şəhidlərin xatirəsinə ucaldılan abidə də ziyarət edilib və Şəhidlərimizin əziz xatirəsi də yad edilib.

 

Həyatını bu çətin və şərəfli peşəyə həsr etmiş, dənizçilərimizi peşə bayramı münasibətilə təbrik edirik.