Xəbərlər
09 IYUL / 2024 / 10:17
Braziliyanın Milli Sənaye Konfederasiyasının nümayəndə heyəti Bakı Limanına səfər edib
Bu gün Braziliyanın Milli Sənaye Konfederasiyasının Ətraf Mühit və Dayanıqlı İnkişaf üzrə rəsmisi Davi Bomtemponun rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Bakı Limanına səfər edib. Görüşdə, Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz da iştirak etmişdir. Nümayəndə heyətini Bakı Limanının Baş direktoru, Taleh Ziyadov qarşılayıb. Müzakirələrdə Limanın Orta Dəhliz üçün yaşıllaşdırılma layihələri və onun qlobal əlaqədə əsas rolu müzakirə edilib. Braziliyanın Milli Sənaye Konfederasiyası Yaşıl Liman, Dayanıqlılıq, Ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsipləri və Bakı Limanının karbon emissiyası azaldılması üçün yaşıl həllər üzrə təcrübəsi ilə bağlı bilik və fikir mübadiləsinə hazır olduqlarını bildirdi.
Görüş zamanı konfederasiya başda olmaqla Braziliyanın aparıcı özəl şirkətləri 2024-cü ilin noyabrında COP29 çərçivəsində Limanın ikinci fazasının genişləndirilməsi planı çərçivəsində potensial biznes imkanlarını araşdırmaq üçün Bakı Limanına səfər etməsi razılaşdırılmışdır. Braziliyanın ən böyük biznes platforması olan Milli Sənaye Konfederasiyası davamlı inkişafı təşviq edir və 27 dövlət federasiyasını və 200.000-dən çox müəssisəni təmsil edir.
Digər xəbərlər
13 MART / 2024 / 09:33
Bakı Limanının əməkdaşları üçün Novruz bayramı ilə bağlı şənlik təşkil olunub
16 NOYABR / 2024 / 08:20
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı), ADA Universiteti, IDEA İB, “Caspian İntegrated Scientific Network” (CASPISNET), ABŞ-ın Kaliforniya Universiteti (UCLA) və BMT-nin Ətraf Mühit Proqramı (ƏMP) tərəfindən birgə təşkil olunan “Xəzər dənizi hövzəsi: risklərin qiymətləndirilməsi və aradan qaldırılması” mövzusunda dəyirmi masa müzakirələrində iştirak edib