Xəbərlər
16 IYUL / 2024 / 15:28
“Çin Dəmir Yolları” Dövlət Korporasiyasının rəsmiləri Bakı Limanına səfər edib
Bu gün Çin Dəmir Yolları Dövlət Koporasiyasının Baş direktorunun müavini Sun Syudenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Limanına səfər edib. Səfər zamanı ikitərəfli əməkdaşlığı gücləndirmək, potensial əməkdaşlıqları araşdırmaq və Çin ilə Azərbaycan arasında dəmir yolu əlaqələrinin genişləndirilməsi üzrə strateji təşəbbüsləri müzakirə olunub. Həmçinin görüşdə, tərəfdaşlıqları möhkəmləndirmək, nəqliyyat və logistika sektorlarında qarşılıqlı artım və inkişaf üçün yeni imkanları müəyyən etmək barəsində də fikir mübadiləsi aparılıb.
Sonda qonaqlar limanın terminalları, texniki imkanları və əməliyyat prosesi ilə tanış olublar.
Digər xəbərlər
11 IYUN / 2024 / 11:12
10-11 iyun tarixlərində Bakı Limanı, ADA Universiteti və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşkilatçılığı ilə, COP29 ərəfəsində keçirilən Xəzərin Mavi Üfüqləri adlı seminarın 2-ci günü uğurla başa çatdı
05 APREL / 2024 / 11:40
Bakı Limanında Ələt qəsəbəsində yaşayan və limanın Şəhid ailələri, qaziləri üçün iftar süfrəsi təşkil olunub