Xəbərlər



23 IYUL / 2024 / 17:55
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo Bakı Limanına səfər edib
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvonun rəhbərlik etdiyi BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndə heyəti Bakı Limanına səfər edib. Qonaqları Bakı Limanının Baş direktoru, Taleh Ziyadov qarşılayıb.Müzakirələr zamanı Bakı Limanının davamlı inkişaf təşəbbüslərini sürətləndirmək üçün ətraf mühitin mühafizəsi və ESG layihələrində tərəfdaşlığın gücləndirilməsinə diqqət yetirilib. Bildirilib ki, Bakı Limanı Azərbaycandan 2022-ci ildə BMT-nin Qlobal Sazişinə qoşulan və “Gündəlik 2030” -a töhfə verən ilk dövlət qurumdur.
Dənizçilik sahəsində qadınların rolunun artırılması və SDG Təsirin ölçülməsi mexanizmlərinin yaradılması kimi mövzular da müzakirə edilib. Qarşılıqlı əməkdaşlıq edərək Ələt icmasını sosial və peşə proqramlarına cəlb etmək üçün birgə resurslardan istifadə olunması planlaşdırılıb.
Digər xəbərlər

17 YANVAR / 2025 / 12:18
Müasir Bakı Limanı tarixində ilk dəfə olaraq illik yükaşırma həcmi 7.6 milyon tona çatıb

19 NOYABR / 2021 / 12:25
Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş direktorluğunun bölmə rəhbəri David Kullenin başçılıq etdiyi nümayəndə heyəti Bakı Limanında olub