Xəbərlər



23 IYUL / 2024 / 11:39
Yaponiya səfiri Vatanabe Katsuya Bakı Limanına səfər edib
Bu gün Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuya Bakı Limanına səfər edib. Səfir Vatanabe səfəri zamanı Ələt limanının rəhbərliyi və nümayəndələri ilə mövcud və perspektiv tərəfdaşlıq sahələrini müzakirə etmək üçün görüş keçirib.Səfir Vatanabe Katsuya, Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında körpü yaratmaqda strateji rolunu vurğulayaraq, Limanı ölkənin iqtisadi inkişafı üçün əsas qapısı olduğunu qeyd edib.
Səfərin əsas məqamları həmçinin Səfirlik, JICA və digər Yaponiya institutları arasında yaşıl hidrogen, proqram təminatı və rəqəmsallaşdırma sahəsində yeni əməkdaşlığın təşviqinə yönəlmiş məsələlər haqqında müzakirələr olub. Səfər zamanı həmçinin Yaponiya institutları və müəssisələrinin Bakı Limanı ilə davam edən əlaqələri də vurğulanıb.Nümayəndə heyəti limanda yerləşən RoboPort STEM kursuna, 2023-cü ilin mart ayında Yaponiya səfirliyinin hədiyyəsi olan Limanda əkilmiş yapon sakura ağaclarına və terminallara baş çəkib.
Digər xəbərlər

14 OKTYABR / 2024 / 10:07
Klaypeda limanının Baş direktoru Algis Latakas Bakı Limanına səfər edib

16 NOYABR / 2024 / 08:20
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Xəzər dənizi hövzəsi: risklərin qiymətləndirilməsi və aradan qaldırılması” mövzusunda dəyirmi masa müzakirələrində iştirak edib