Xəbərlər




11 SENTYABR / 2024 / 12:14
Bakı Limanının "ROBOPORT" adlı robotik, kodlama və STEAM kursunun ilk şagirdləri məzun olub
Bakı Limanında Ələt məktəbliləri üçün təşkil olunan ROBOPORT adlı, robotik, kodlama və STEAM kursunun 24 nəfərdən ibarət 2 qrup şagirdi məzun olub. “Gələcəyin mühəndisləri burada yetişir” sloqanı əsasında təşkil olunan və uşaqlara erkən yaşlardan başlayaraq kodlaşdırma və texnologiya ilə əlaqəli əsas bilikləri öyrətməyə və inkişaf etdirməyə hədəfləyən ROBOPORT-un şagirdləri ilə Bakı Limanın Baş direktoru Taleh Ziyadovun görüşü baş tutub.
O, müasir dövrdə texnologiyanın önəmini vurğulayıb və bu kursda əldə etdikləri biliklərin istifadəsi ilə bağlı məsləhətlər verib.Sonda isə onlara kursu müvəffəqiyyətlə bitirdikləri üçün Bakı Limanının Baş direktoru Taleh Ziyadov tərəfindən sertifikatlar təqdim olunub.
Digər xəbərlər

05 NOYABR / 2021 / 12:26
Bakı Limanında şəhid olan liman əməkdaşlarının xatirəsini əbədiləşdirmək üçün inşa edilən abidə və park kompleksinin açılışı olub

19 NOYABR / 2021 / 12:25
Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş direktorluğunun bölmə rəhbəri David Kullenin başçılıq etdiyi nümayəndə heyəti Bakı Limanında olub