Xəbərlər

03 OKTYABR / 2024 / 16:58
Bakı Limanı ilk dəfə olaraq risklərin idarə edilməsi üzrə İSO 31000:2018 sertifikatını əldə edib
Bakı Limanı logistika sektorunda ilk dəfə olaraq İSO 31000:2018 - Risklərin idarə edilməsi sertifikatı üzrə uyğunluq bəyannaməsini əldə edib. Bəyannamə beynəlxalq sertifikatlaşma sahəsində yüksək nüfuza malik, Niderlandın "Kiwa" şirkəti tərəfindən aparılmış audit nəticəsində təqdim edilmişdir.
Qeyd edək ki, İSO 31000:2018 standartı müəssisələrdə risklərin idarə edilməsi üçün prinsiplər və ümumi standartlar müəyyən edir. Bu standart riskləri və imkanları təhlil etməklə proaktiv idarəetməni, qərarların qəbul edilməsində risk əsaslı yanaşmalardan istifadəni təmin edir, korporativ idarəetmə sisteminin dayanıqlılığını artırır.
Digər xəbərlər
20 YANVAR / 2025 / 11:45
20 Yanvar Ümumxalq Hüzn Günü ilə bağlı Bakı Limanının əməkdaşları, Şəhid limançıların ailələri ilə birgə Şəhidlərin xatirəsini yad edib
06 IYUN / 2023 / 09:14
Bakı Limanının bir qrup rəhbər heyəti üçün “Liderlik potensialının gücləndirilməsi üçün qrup kouçinq” proqramı keçirilmişdir